Dünya Bankı: "Dövlət müəssisələrinin fəaliyyəti monitorinq edilməlidir"


İqtisadiyyat 12 İyn 2018 10:00:40 296 0

Dünya Bankı: "Dövlət müəssisələrinin fəaliyyəti monitorinq edilməlidir"

Bu təkliflə qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi çıxış edib

"Düşünürəm ki, mövcud iqtisadi siyasəti həyata keçirib Azərbaycanı orta gəlirli ölkədən növbəti mərhələyə keçirmək lazımdır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili" mövzusunda konfransda Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.

O, həmçinin bildirib ki, dövlət müəssisələrinin şəffaflığı artırılmalıdır: "20 dövlət müəssisəsindən 16-sı publik hüquqi şəxsə çevrilib. Hazırda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. Biz bu sahədə əlaqələndirməni gücləndirmək üçün Azərbaycan hökumətinə dəstək oluruq".

Dünya Bankı rəsmisi həmçinin təklif edib ki,hazırda fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətini monitorinq edilsin və onlar barədəyekun qərar verilsin.

"Dünya Bankı olaraq biz dövlət müəssisələrinin idarə edilməsində Azərbaycana dəstək verməyə hazırıq. Düşünürəm ki, daha çətin qərarlar verilməlidir ki, ölkə iqtisadiyyatı, o cümlədənqeyri neft sektoru daha da inkişaf etsin".