Kim selfi çəkdirdi, Tramp ona "Vəhşi"ni göstərdi VİDEO FOTO


Dünya 12 İyn 2018 10:02:00 374 0

Kim selfi çəkdirdi, Tramp ona "Vəhşi"ni göstərdi  VİDEO  FOTO

Sinqapurda ABŞ prezidenti Donald Tramp ilə görüşərək danışıqlar aparan Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In dünən axşam saatlarında şəhərdə gəzintiyə çıxıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, qaldığı "St.Regis" otelini Trampla görüşdən 12 saat əvvəl tərk edən 34 yaşlı Kim Çen In bacısı və Sinqapurun XİN başçısı Vivian Balakrişnanla birlikdə "Marina Bay Sands", "Esplanade" və "Jubilee Bridge"i gəzib, selfilər çəkdirib.

Bu gün isə Kim Çen Inla Donald Tramp arasında tet-a-tet danışıqlar başa çatıb, nümayəndə heyətləri arasında geniş müzakirələr başlanıb.

Donald Tramp danışıqlar arasındakı fasilədə Kim Çen Ina öz zirehli avtomobilini, "Beast" ("Vəhşi") adlanan limuzinini göstərib.

Sinqapurdakı "Capella" otelindəki 38 dəqiqəlik tet-a-tet görüşdən sonra ABŞ və Şimali Koreyanın liderləri müzakirələri davam etdiriblər.

Müzakirələrdə ABŞ tərəfdən dövlət katibi Maykl Pompeo, milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton, Ağ Ev aparatının rəhbəri Con Kelli, Şimali Koreya tərəfdən isə Koreya Əmək Partiyasının (KƏP) sədr müavini Kim Yon Çhol, XİN başçısı Li yon Ho, KƏP Mərkəzi Komitəsi sədrinin müavini Li Su Yon iştirak ediblər.

Sentos adasındakı görüş 1953-cü ildən bəri formal olaraq müharibə vəziyyətindəki ABŞ və Şimali Koreyanın dövlət başçıları arasında ilk danışıqlardır.

Трамп və Kimin enişli-yoxuşlu münasibəti son 18 ay ərzində həqarətlərdən savaşa qədər gəlib çıxmışdı.

Vaşinqton ümid edir ki, bu görüş Kim-in nüvə silahlandırılması layihəsinə son qoya biləcək müddətin başlanğıcı ola bilər. Bəzi təhlilçilərsə düşünürlər ki, Kim təbliğat üçün bu görüşmədən istifadə edir.