Prezident Administrasiyası: "TANAPın açılışı Türkiyə, Azərbaycan və Avropa tarixində əhəmiyyətli hadisədir"
Dünya 12 İyn 2018 10:08:37 296 0
Transanadolu boru kəmərinin (TANAP) açılışı Türkiyə, Azərbaycan, həmçinin Avropa tarixində əhəmiyyətli hadisədir.
Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bu gün Türkiyənin Əskişəhər şəhərində baş tutacaq TANAP qaz kəmərinin açılışını şərh edərkən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan öz enerji potensialından, Türkiyə isə nəql üçün imkanlarından istifadə edərək regionun enerji xəritəsini dəyişə bildilər.
Mənbə: milli.az