Neftçi'dən daha bir transfer


İdman 12 İyn 2018 10:04:00 258 0

Neftçi'dən daha bir transfer

Neftçi klubu daha bir transferini rəsmiləşdirib.

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda Dario Federiko ilə 1 illik müqavilə imzalayıb. 27 yaşlı braziliyalı hücumçu "ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Federiko ötən mövsüm Gəncənin Kəpəz klubunun heyətində 13 oyunda meydana çıxıb və 4 qolun müəllifi olub.