Cumhuriyyət üçün yazanlar mükafatlandırıldı FOTO


Digərləri 12 İyn 2018 09:52:00 205 0

Cumhuriyyət üçün yazanlar mükafatlandırıldı  FOTO

Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş #cümhuriyyətüçünyaz müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Son.az-ın məlumatına görə, yenicag.az xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.

Müsabiqənin mükafatlandırma mərasimini açıq elan edən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib.

O bildirib ki, dövlətçiliyimizin inkişafına töhfə verən bütün liderlərə dərin hörmət bəsləmək və gənclərə də bu duyğuları aşılamaq lazımdır: "Cümhuriyyətimizə layiq olmağa çalışırıq"

Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı da tədbirin iştirakçılarını salamlayıb və ideyanın müəlliflərini təbrik edib:"Mən çox sevinirəm ki, Aqil Ələsgər tarixdə iz qoyan layihələrə imza atır. AXC-nin yüzilliyi ilə bağlı keçirilən silsilə tədbirlərdə çıxış edərkən də hər zaman qeyd edirdim ki, Şərqdə ilk türk-müsəlman demokratik cümhuriyyətinin vətəndaşı olduğum üçün qürur duyuram. Bu cümhuriyyəti milli məfkurə daşıyıcıları qurub və bizlərə əmanət edib."

Tənzilə Rüstəmxanlı Türkiyə Azərbaycan Evininin adından Seyfullah Türksoya və Məlahət Qurbanaovaya Azərbaycana xidmətə görə mükafatlar təqdim edib.

Türkiyənin Azərbaycandakı mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə çıxışı zamanı bu cür dəyərli layihələrin keçirilməsini sonuna qədər dəstəklədiklərini bildirib. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə Cümhuriyyətinin bir ön modelidir. Müşavir həmçinin qeyd edib ki, bu il Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinin də 100 illiyidir.


Xəbərə aid fotolar