Tramp: "Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi"


Dünya 12 İyn 2018 09:22:11 287 0

Tramp: "Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi"

Sammitin yekununda sənəd imzalanacaq

"Kim Çen İn ilə görüş gözləniləndən daha yaxşı keçdi".

"Report" ABC telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

D.Tramp və Kim Çen İn işgüzar yeməkdən sonra gəzinti zamanı növbəti dəfə jurnalistlər qarşısına çıxıblar.

Trampın sözlərinə görə, görüş həqiqətən yaxşı keçib. O, böyük irəliləyiş olduğunu vurğulayıb.

ABŞ prezidenti həmçinin sammitin yekununda liderlərin sənəd imzalayacaqlarını söyləyib.