Gözün buynuz qişası 3Dprinterdə çap ediləcək


Digərləri 12 İyn 2018 08:51:00 279 0

Gözün buynuz qişası 3Dprinterdə çap ediləcək

Gözün buynuz qişasını 3D-printerin köməyi ilə 5 dəqiqə ərzində yenidən yaratmaq mümkün olacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri Stiven Svioklo və Çe Konnon buynuz qişanın transplantologiyasını dəyişdirəcək üsul aşkar ediblər.

Tədqiqatçılar tərkibində alginik turşu və kollagen olan "biomürəkkəb" və ya "biogel" hazırlayıblar. Bu maddə buynuz qişanın formasını saxlamaq üçün kifayət qədər sərtdir və eyni zamanda üçölçülü printerin ucluğu ilə sıxılmaq üçün yetərincə yumşaqdır. Pasiyentin buynuz qişasının parametrlərini öyrənmək üçün onun gözünü kompüter vasitəsilə skan etmək lazımdır.

Nəticə heyrətləndirsə də, transplantasiya üçün çap edilmiş toxumaların daha ciddi sınaqlardan keçirilməsi vacibdir. Yalnız bundan sonra onların tibdə istifadəsinə icazə verilə bilər.

Qeyd edək ki, görmə prosesində böyük əhəmiyyət kəsb edən buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır.