Bu il 1,1 milyard dollarlıq kriptovalyuta oğurlanıb


Digərləri 12 İyn 2018 08:59:00 227 0

Bu il 1,1 milyard dollarlıq kriptovalyuta oğurlanıb

Kibertəhlükəsizlik sahəsində çalışan "Carbon Black" şirkətinin məlumatına əsasən, 2018-ci ilin əvvəlindən bu yana 1,1 milyard dollar həcmində kriptovalyuta oğurlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, burada söhbət cinayətkarlardan qruplaşmalardan deyil, adi istifadəçilərdən gedir.

Çox vaxt kiberhücumlara kriptobirjalar məruz qalıb. Onların payına 27 faiz düşür. Hücumların 21 faizi şirkətlərə hücumlarla bağlıdır. Bu zaman şirkətlərin daxili sistemləri sındırılıb və əvəzində onlardan kriptovalyuta ödənilməsi tələbi irəli sürülüb.

"Bittcoin"lərə hakerlərin 10 faizi üstünlük verib. "Ethereum"u 11 faiz, "Monero"nu isə 44 faiz bəyənir. Coğrafiyaya gəldikdə isə, daha çox hadisə ABŞ-da baş verib. Burada qarətlərin həcmi 24 faiz olub. Bu müddət ərzində Çində 10 faiz, Böyük Britaniyada isə 8 faiz qarət baş tutub.