Dron insanlar arasında zorakılığı müəyyənləşdirəcək VİDEO


Digərləri 12 İyn 2018 08:31:00 365 0

Dron insanlar arasında zorakılığı müəyyənləşdirəcək  VİDEO

Böyük Britaniya və Hindistan tədqiqatçıları pilotsuz uçan aparata real vaxt rejimində quraşdırılmış kamera vasitəsilə insanlar arasında zorakılıq hallarının törədilməsini müəyyənləşdirməyə imkan verən sistem hazırlayıblar.  

Son.az ICTnews-a istinadən bildirir ki, sistemə mobil internet vasitəsilə kamera təsvirlərini "bulud" serverinə translyasiya edən adi "Parrot AR" kvadrokopteri daxildir. Efir camaat içində insanların vəziyyətini qiymətləndirərək onlar baza yaradıcıları tərəfindən yüklənmiş təcavüz ifadə edən vəziyyətlərlə müqayisəsini aparan təlim görmüş neyron şəbəkəsinin köməyi ilə analiz olunur. Bunun üçün neyroşəbəkə sadələşdirilmiş skelet modeli yaradır və bədən hissələrinin vəziyyətini təhlükə törədən vəziyyətlərlə tutuşdurur.

Mütəxəssislərin sözlərinə görə, sistemin təhlükəli vəziyyətlərin müəyyənləşdirilməsində işinin dəqiqliyi 94 faizə çata bilər, lakin kadrda insanların sayı artdıqca, bu göstərici azalmağa doğru gedir. Belə ki, dron 10 nəfərdən ibarət qrupun çəkilişini aparan zaman sistemin zorakılıq əlamətlərinin müəyyənləşdirilməsində göstəricisi 79 faiz təşkil edir.   Qeyd olunur ki, neyron şəbəkəsinin təlimi üçün alimlər bir-birinə qarşı hücumları imitasiya edən və süni şəkildə hərəkət edən könüllülərin iştirakı ilə çəkilən videoçarxlardan istifadə ediblər. Buna baxmayaraq alimlər texnologiyanı tezliklə Hindistanın Varanqal şəhərində baş tutacaq iki küçə festivalı zamanı səhra şəraitində sınaqlarını keçirmək niyyətindədirlər.

Tədqiqatçıların fikrincə, perspektivdə belə sistemlər ictimai yerlərdə və kütləvi tədbirlərdə cinayətlərin qeydə alınması və qarşısının alınması üçün tətbiq oluna bilər.