LG soyuducu bazarını dəyişir


Digərləri 12 İyn 2018 08:35:00 654 0

LG soyuducu bazarını dəyişir

Qlobal soyuducu bazarında liderliyini qoruyan LG məşhur "InstaView" seriyasını yeniləyir. Cazibədar şüşəli dizaynı və bir çox texnoloji xüsusiyyətlərilə bazarda tanınan "InstaView" seriyasının yeni üzvü "Multi-Door" modelidir.

Daim istifadəçilərin həyatını asanlaşdırmağa çalışan LG Electronics çox-qapılı soyuducu modellərinə də "InstaView Door-in-Door" texnologiyasını tətbiq edir. LG -nin bu seriyasının üzərində xüsusi hamar şüşə panel yerləşir. Bu şüşə panelə iki dəfə toxunduğunuz an həmin panel şəffaf bir şüşəyə çevrilir və soyuducunun içi aydın şəkildə görünür. Bu innovativ xüsusiyyətin köməyilə soyuq hava soyuducunu tərk etmir, enerjiyə və vaxta qənaət edilir.    Bu seriyanın digər bir innovativ xüsusiyyəti gizlin qapılarıdır. Soyuducu qapısının altındakı gizlin düyməni basmaqla qapının arasından ikinci bir anbar açılır. Bu hissənin köməyilə siz əsas qapıları açıb soyuq havanın qaçmasının qarşısını alır həm də soyuducudan daha rahat və sürətli şəkildə istifadə edə bilirsiniz.

"InstaView" seriyasının daha bir innovativ xüsusiyyəti onun buz hazırlama bölməsidir. Sol qapının ara hissəsində daha əvvəl heç bir soyuducuda görmədiyiniz çox geniş bir buz hazırlayan aparat yerləşir. Siz sadəcə suyu əlavə edirsiniz və LG-nin "Slim Spaceplus" buz sistemi istifadəyə hazır buzları öz qabına boşaltmağa başlayır. Bu xüsusiyyətin hesabına soyuducunun içində həm də əlavə yerlər yaranır.    Soyuducunun "Hygiene Fresh" adlı kiçik havalandırma sisteminin köməyi ilə soyuducuda yarana biləcək xoşagəlməz qoxuların və bakteriyaların 99.9%-i məhv edilir. Onun uzunömürlü və bir o qədər güclü mühərriki tamamilə titrəşimsiz çalışır və enerji digər modellərə nisbətdə 32% azaladır.

İnnovativ xüsusiyyətləri bir yana, LG-nin yeni soyuducu seriyası öz gözəl dizaynı ilə də diqqət çəkir. Paslanmaz qara metal dizaynlı soyuducuların qapı hissəsi üçün ya parlaq ya da mat rəng seçimi etmək mümkündür. İstənilən seçim hər bir mətbəxə eleqant görüntü verməyi bacarır.