Bakıda qapıpəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb


Digərləri 12 İyn 2018 08:18:00 357 0

Bakıda qapıpəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb

1 nəfər şübhəli şəxs qismində saxlanılıb

Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub.

Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.