Qvatemalada lava qatı altında qalan kənddən daha 7 meyit tapılıb


Dünya 12 İyn 2018 08:02:00 285 0

Qvatemalada lava qatı altında qalan kənddən daha 7 meyit tapılıb

Onlardan 3-ü uşaqdır

İyunun 3-də Qvatemalanın Fueqo vulkanının püskürməsi zamanı ölən daha 7 nəfərin, o cümlədən 3 uşağın meyiti Eskuintla departamentinin San-Miqel-Los-Lotes kəndi ərazisində aparılan axtarış işləri zamanı tapılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi "Prensa Libre" qəzetinin elektron versiyası yazıb.