LG Q Stylus təqdim olundu


Digərləri 12 İyn 2018 07:51:00 306 0

LG Q Stylus təqdim olundu

"LG Electronics" şirkəti "LG Q Stylus" smartfonunu təqdim edib. Bu, indi dəb halını almış çərçivəsiz dizaynda hazırlanmış və stilusa malik orta səviyyəli smartfondur.

Son.az ICTnews-a istinadən bildirir ki, arxa paneldə barmaq izləri skaneri, həmçinin ani "selfi" çəkməyə imkan verir. Smartfon "IP68" səviyyəsində su və toza qarşı dayanıqlıdır və möhkəmlik üzrə "MIL-STD 810G" hərbi standartına malikdir.

Smartfon 1,5 və ya 1,8 QHs takt tezlikli adı məlum olmayan səkkiznüvəli prosessor, "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü 6,2 düymlük ekran, 16 meqapiksellik əsas kamera, 8 və ya 5 meqapiksellik ön kamera, 3 QB əməli və 32 QB daxili fləş yaddaş (microSD formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.