ABŞda superkompüter hazırlanıb


Digərləri 12 İyn 2018 07:33:00 251 0

ABŞda superkompüter hazırlanıb

ABŞ məhsuldarlığı 200 petaflopsa bərabər elektron hesablama maşını hazırlayaraq superkompüterlər sahəsində Çini ötməyə müvəffəq olub. Bu haqda Massaçusets Texnologiya İnstitutu tərəfindən tərtib edilən "MIT Technology Review" jurnalında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın Energetika Nazirliyinin Milli Tədqiqat Laboratoriyası tərəfindən hazırlanmış "Summit" adlı superkompüterin ən yüksək məhsuldarlığı 200 petaflops, yaxud saniyədə 200 kvadrillion əməliyyata bərabərdir.

"Summit adlı superkompüter adi noutbukla müqayisədə hesablamaları milyon dəfə daha sürətli emal edir, həmçinin dünyanın əvvəlki ən güclü superkompüterindən ("Sunway TaihuLight") 60% daha sürətlidir. "Summit" superkompüterinin bütün blok və lazımi avadanlığının tutduğu yerdə rahat şəkildə iki tennis kortu yerləşdirilə bilər, çəkisi isə avialaynerdən ağırdır.