Yeni Samsung Galaxy J3 və Galaxy J7 təqdim olundu


Digərləri 12 İyn 2018 07:11:00 205 0

Yeni Samsung Galaxy J3 və Galaxy J7 təqdim olundu

"Samsung Electronics" şirkəti ABŞ-da "Galaxy J3" və "Galaxy J7" smartfonlarının yeni versiyalarını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Samsung Galaxy J3" (2018) aparatı HD (720x1280 piksel) təsvir ölçülü 5 düymlük ekran, 5 və 8 meqapiksellik kameralar,  dördnüvəli "Exynos 7570" prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş ("microSD" formatlı kartların köməyi ilə yaddaşın tutumunu 256 QB-dək artırmaq mümkündür) ilə təchiz edilib.

"Samsung Galaxy J7" (2018) smartfonu 5,5 düymlük HD (720x1280 piksel) təsvir ölçülü ekran, 13 meqapiksellik ön və əsas kameralara malikdir.