Sinqapurda ABŞ və KXDR liderləri arasında tarixi görüş başlayıb


Dünya 12 İyn 2018 05:05:51 261 0

Sinqapurda ABŞ və KXDR liderləri arasında tarixi görüş başlayıb

Sammit Sentosa adasında keçirilir

Sinqapurun Sentosa adasında yerləşən "Capella" mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında tarixi görüş başlayıb.

“Report” xəbər verir ki, danışıqlar 45 dəqiqə davam edəcək.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.