Bolqarıstanda hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB


Dünya 12 İyn 2018 01:22:00 312 0

Bolqarıstanda hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Göyərtədə olan mühəndis sağ qalıb

Bolqarıstanda "Mi-17" tipli hərbi vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, daha biri isə xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Plovdiv şəhər hava limanında təlim uçuşu zamanı baş verib.

"Bazar ertəsi saat təqribən 20:30-da, plan uçuşu zamanı "Mi-17 Krumovo aviabazası ərazisində təqribən 50 metr hündürlükdən yerə düşüb. Onun göyərtəsində 3 nəfər olub", - deyə TASS idarənin məlumatını sitat gətirib.

Nazirlikdən bildirildiyinə görə, vertolyotun düşməsi nəticəsində iki hərbçi ölüb, bortmühəndisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun huşu özündədir.

Bununla belə, BGNES agentliyi 2 nəfərin yaralandığını yazır.

***22:56

Bakı. 11 iyun.