ABŞ sakini 12 saatdan çoxdur 4 uşağı girov saxlayır


Dünya 12 İyn 2018 00:35:31 245 0

ABŞ sakini 12 saatdan çoxdur 4 uşağı girov saxlayır

Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərində bir kişi 4 uşağı artıq 12 saatdan çoxdur ki, girov saxlayır.

“Report” xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilir.

Qeyd olunur ki, iyunun 10-u axşam polisə bir qadın zəng edərək dostu tərəfindən döyüldüyünü bildirib. Asayiş keşikçiləri onu tutmaq istəyəndə, kişi onlara atəş açıb. Sonda bir polis əməkdaşı yaralanıb, kişinin özü isə 1, 6, 10 və 11 yaşlarında olan dörd uşağı girov götürərək mənzildə müdafiə olunur.