Fitrə sədəqəsi necə verilir? VİDEO


Digərləri 11 İyn 2018 23:42:00 279 0

Fitrə sədəqəsi necə verilir?  VİDEO

Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə sədəqəsi kimi vacib əməllə bitir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirir ki, fitrə sədəqəsi İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq ramazan ayının son günündə fitrə sədəqəsi verməlidir.

Son.az bildirir ki, Hacı Fuad Nurullayevin sözlərinə görə, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsini saxlamaq üçün borc edən şəxsin fitrə sədəqəsi verməsi vacib deyildir.

Fitrə sədəqəsi yalnız ehtiyacı olanlara verilməlidir.

Qafqaz Müsəlmanlar İdarəsinin qazilər şurası tərəfindən tövsiyyə olnur ki, fitrə sədəqəsi 5-10 manat miqdarında çıxarılsın. Maddi durumları yaxşı olan insanlar daha böyük məbləğdə fitrə sədəqəsi çıxara bilər.