Qocalma prosesini ləngidən həb hazırlanıb


Digərləri 11 İyn 2018 23:39:00 327 0

Qocalma prosesini ləngidən həb hazırlanıb

Uzun müddətdir ki, insan orqanizminin təbii qocalma müddətini ləngitmək məsələsi bir çox mütəxəssisləri düşündürür. Orta əsrlərdə körpələrin qanı ilə yuyunmaq da daxil olmaqla bir çox cavanlaşma metodları irəli sürülürdü.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yeni Cənub Uelsi Universitetində tədqiqat aparan avstriyalı alimlər, özlərinin də iddia etdikləri kimi, qocalmaya qarşı həb hazırlayıblar. Bildirilir ki, bu həblərin qəbul edilməsi ilə DNT-ni bərpa etmək mümkündür. Yeni preparatın əsasını NAD+ metaboliti təşkil edir. Həbi siçanların üzərində sınaqdan keçiriblər. Alınan nəticələrə görə, bu preparat DNT hüceyrələrini sağaltmaq üçün, habelə təkcə qocalmaq əleyhinə deyil, radiasiyaya qarşı da təsirli vasitədir.