Mingəçevir çimərliyində təmizlik və təhlükəsizlik qaydalarına necə riayət olunur? VİDEO


Digərləri 11 İyn 2018 23:15:00 302 0

Mingəçevir çimərliyində təmizlik və təhlükəsizlik qaydalarına necə riayət olunur?  VİDEO

İsti keçən hava çimərlik mövsümü açılmadan insanların su hövzələrinə axın etməsinə şərait yaradıb. Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün sakinlər daha çox Mingeçevirdəki çimərliklərə üz tutur. Bir neçə gündür ki, bu məkanda çoxsaylı insanın olması diqqət çəkir.

Son.az bildirir ki, hələ mövsüm başlamasa da, çimərlikdə ilk xəsarət qeydə alınıb. Ötən gün 18 yaşlı Teymur Əliyev suya tullanarkən alın nahiyəsindən zədələnib. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Bu məsələ çimərliklərdə təhlükəsizlik qaydaların bir daha gündəmə gətirir. Mingəçevir Mənzil Komunal Təsərüfat İstehsalat birliyindən bildirlib ki,ərazidə təmizlik işləri mütamadi olaraq aparılır. Suyun səviyyəsi yüksəlməzdən əvvəl bütün lazımı işlər görülüb. Ola bilər xəsarət alan gənc ehtiyatsızlıq edib.

Böyüklü-kiçikli hər kəs suya daxil olub sərinləməyə can atır. Bəzən qadağan olunmuş ərazilərə də girib çimirlər. Mingəçevir ərazisində fəaliyyət göstərən çimərliklərdə FHN-nin xüsusi xilasedici qrupları var.