Genetiklər: Bu dərmanlar təhlükəlidir


Digərləri 11 İyn 2018 22:52:00 222 0

Genetiklər: Bu dərmanlar təhlükəlidir

Bir çox tibb işçiləri öz pasiyentlərinə qanda xolesterini aşağı salan dərmanlar yazırlar. Həmin dərmanların insan orqanizminə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, bu preparatlar təhlükəlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xolesterinin dərəcəsini aşağı salan dərmanlar son vaxtlar tibbi preparatlar arasında populyarlaşıb. Bir çox tibb işçiləri hesab edir ki, bu tip preparatlar ürəyin fəaliyyətini yaxşılaşdırır.

"Genotek" tibbi-genetik mərkəzin mütəxəssisləri bu qrup dərmanların insan orqanizminə təsirini öyrənməyə istiqamətlənmiş xüsusi tədqiqatlar aparıblar. Eksperimentin gedişində müəyyən edilib ki, xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir və pasiyentlərin 36 faizində əzələ xəstəliklərinə gətirib çıxara bilər.