Təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib


Dünya 11 İyn 2018 23:05:00 236 0

Təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib

Romadan Çikaqoya yollanan "United Airlines" aviaşirkətinə məxsus təyyarə İrlandiyada təcili eniş edib.

Trend-in "Irish Sun" qəzetinə istinadən verdiyi məlumata əsasən, buna səbəb təyyarədə kağıq üzərində bomba haqqında qeydlərin tapılması olub. Kağıq parçası təyyarənin sanitar qovşağında tapılıb.

Qeyd olunur ki, göyərtəsində 214 sərnişin və ekipaj üzvü oldan "Boeing-767-300" təyyarəsi İrlandiyanın "Şennon" hava limanında enib.