Tikinti narazılığa səbəb oldu VİDEO


Digərləri 11 İyn 2018 22:38:00 254 0

Tikinti narazılığa səbəb oldu  VİDEO

Müəssisəyə bitişik ərazi hasara alınıb vətikinti işlərinə başlanılıb. Tikinti işlərinin müəssisə ilə ara məsafəsi saxlanılmadan aparılması narazılığa səbəb olub.

Son.az bildirir ki, söhbət Paytaxtın Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyindəolan ''3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi''nə bitişik ərazidən gedir. Müəssisənin əməkdaşı Pirverdi Qədirovun sözlərinə görə, hasara alınan ərazimüəssisənin sanitar zonası sayılır və burada həm də iki fövqəladə hal çıxışı var. Burada tikinti işlərinin aparılması həmin çıxışları da bağlayır.

Pirverdi Qədirov iddia edir ki, burada tikinti işlərini aparan şəxslər hər hansı bir sənəd də təqdim etməyiblər.

Məsələ ilə bağlı əvvəlcə tikinti işlərini aparan şəxslərlə əlaqə saxlamağa çalışdıq. Ancaq həmin şəxslər ərazidə olmadığı üçün bu mümkün olmadı.