Sabah TANAPın açılış mərasimi keçiriləcək VİDEO


Digərləri 11 İyn 2018 22:17:00 322 0

Sabah TANAPın açılış mərasimi keçiriləcək  VİDEO

3 il ərzində 2700-metrdən çox yüksəkliklərdən, - 60 metr çökəkliklərdən keçməklə inşa edilən Trans-Anadolu Qaz Boru Kəməri sabah istifadəyə veriləcək. Son.az bildirir ki, Azərbaycan qazını əvvəl Türkiyəyə və növbəti mərhələdə isə Avropaya ixracında əsas rol oynayan TANAP layihəsinin açılışı Türkiyədə baş tutacaq. Bununla da Cənub Qaz Dəhlizi layihəsinin əsas hissəsi başa çatmış olacaq.

"Şahdəniz-2" layihəsi çərçivəsində bu boru ilə Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. Təkcə bu xətlə ixrac edilən qaz, Türkiyənin 12 %- lik ehtiyyacını qarşılayaca biləcək. Sabahdan etibarən Türkiyəyə bu miqdarda qazın verilməsi mümkün olsa da Avropaya qazın çatdırılması gələn il təmin ediləcək.

Ümumilikdə, bu layihənin reallaşması, Azərbaycanın geosiyasi mövqeyini daha da, möhkəmləndirəcək. Bu eyni zamanda regionda təhlükəsizlik, və sabitlik faktorunu daha da, aktuallaşdıracaq. Azərbaycanın enerji siyasətində yeni bir mərhələ açılacaq.