Şamaxıda sel: piyadalar və mal qara üçün təhlükə VİDEO


Digərləri 11 İyn 2018 21:58:00 307 0

Şamaxıda sel: piyadalar və mal qara üçün təhlükə  VİDEO

Güclü yağışlardan sonra yaranan sel fəsad törədib. Son.az bildirir ki, Şamaxı rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu suyun altında qalıb. Nəticədə yol bir neçə saat bağlı qalıb. Çökək ərazidən keçən yol və ordaki körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşib.Su yaxınlıqdakı həyətlərə də dolub.

Sakinlərin sözlərinə görə qəfildən gələn sel-suları piyadalara və mal qara üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, avtomobillərin mühərriki sıradan çıxaraq suyun ortasında qalıb.

Rayondan kəndə sərnişin daşıyan avtobusun da mühərriki siradan çixıb. Bir saata yaxın sərnişinlər avtobusun içində gözləməli olublar. Sakinlər tərəfindən əraziyə çağrılan texnika vasitəsi ilə avtobus sudan çixarılıb və sərnişinlər kəndə piyada getməli olublar. Rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, əraziyə texnikalar cəlb olunub.Yoldakı problem aradan qaldırılıb. Lakin yenidən güclü yağış yağarsa eyni problem yaşana bilər. /xezerxeber.az