Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar aparır: Sahibkarları nə gözləyir? VİDEO


Digərləri 11 İyn 2018 22:04:00 345 0

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar aparır: Sahibkarları nə gözləyir?  VİDEO

Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkədə yoxlama və nəzarət tədbirlərinin icrasına başlayacaq. Son.az bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev deyir ki, agentliyin əsasnaməsinin tələblərindən irəli gələn məsələlərin həlli ilə bağlı olaraq, bu işlərə iyulun 1-dən başlanacaq:

"Agentlik mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlərin məqsədi odur ki, iyulun 1-nə qədər sahibkarları mövcud qanunverici baza ilə tanış edək, onların maariflənməsi üçün müəyyən məlumatları çatdıraq. Artıq 20-yə yaxın sahibkarlıq subyektlərində monitorinqlər olub. Bundan sonra onlara elektron qeydiyyat izah olunacaq. İyulun 1-dən isə həmin o subyektlərdə monitorinqlərdən əlavə olaraq məhsulların sertifikatlaşdırılması prosesinə başlanılacaq".

Qida Təhlükəsizliyi Agentliyi Prezidentin fərmanına uyğun olaraq qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir. /xezerxeber.az