Prezident İlham Əliyev 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib


Digərləri 11 İyn 2018 21:30:00 202 0

Prezident İlham Əliyev 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası gəlirlər 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiq edilir. Büdcə kəsiri 1 077 793 990, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı isə 1 644 600 000 manat təşkil edir. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin