Evdən oğurluq edən şəxs saxlanılıb


Kriminal 11 İyn 2018 21:10:00 237 0

Evdən oğurluq edən şəxs saxlanılıb

Xaçmazda evdən qızıl-zinət və mobil telefon oğurluğu olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.