İftara bunları hazırlaya bilərsiniz


Digərləri 11 İyn 2018 21:20:00 256 0

İftara bunları hazırlaya bilərsiniz

Artıq Ramazan ayının 26-cı günüdür. Hər gün 16 saata yaxın ac qaldığınız üçün düzgün qidalanmaq şərtdir.

Son.az axşam.az-a istinadən iftara hazırlamaq üçün bir neçə təamı sizlərə təqdim edir:

Pomidor şorbası

Tərkibi:

2 ədəd orta ölçülü pomidor

1 çay qaşığı tomat pastası

1 xörək qaşığı un

1 xörək qaşığı kərə yağı

1 stəkan su

Duz, istiot

Holland pendiri

Hazırlanma qaydası: Öncə pomidorların qabığı soyulub, duz qatılıb, kərə yağında qovrulur. Suya tomat və un əlavə edilib, yaxşıca qarışdırılır və qovrulmuş pomidorun üzərinə tökülür. Sonra blenderle qarışdırılır. 10 dəqiqə az odda bişdikdən sonra  şorba hazırdır. Pomidor şorbasını süfrəyə verən zaman, üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpilir.

Bananlı desert

Tərkibi:

2 ədəd banan

1 lay qat-qat xəmir