Yupiterdə Yerdə baş verənlər təkrarlanır NASAdan şok araşdırma


Digərləri 11 İyn 2018 21:05:00 300 0

Yupiterdə Yerdə baş verənlər təkrarlanır  NASAdan şok araşdırma

Amerika Kosmik və Aviasiya Agentliyinin (NASA) araşdırmaçıları Yupiter planetində Yer kürəsindəki kimi şimşək çaxmasının səbəbini öyrənib.

Son.az xəbər verir ki, NASA Yupiteri müşahidə edən Yuno kosmik gəmisinin verdiyi bilgilər sayəsində şimşəklərin ekvator bölgəsində deyil, qütblərdə daha çox olduğunu öyrənib.

Yunonun kəşfiyyat peryki olan Mikrodalğa Radiometr ilə şimşəklərin daha öncə əldə edilməyən elektrik tezlikləri ölçülüb və şimşəklərin Yerdəki gücdə və tezlikdə olduğu üzə çıxıb.

Buna rəğmən, şimşəklərin çoxaldığı bölgələrin dünyadan niyə fərqli olduğunu araşdıran elm adamları bunun Günəşdən qaynaqlanan istiliklə bağlı olduğu qənaətinə gəlib.

Yupiterin orbiti Günəşə Yerlə müqayisədə 5 qat daha uzaqdır və buna görə Yupiter planetimizə nəzərən 25 qat daha az istilik ala bilir. Planetin ekvator bölgəsində müəyyən istilik olsa da, Yerdə olduğu kimi kəskin buxarlanma baş vermir.