Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb


Digərləri 11 İyn 2018 21:03:00 269 0

Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Xaçmazda evdən qızıl-zinət və mobil telefon oğurluğu olub.

Bakı. Xaçmazda evdən qızıl-zinət və mobil telefon oğurluğu olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.