Erkən doğum riskini və doğum tarixini müəyyən edən YENİ ÜSUL


Digərləri 11 İyn 2018 20:41:00 372 0

Erkən doğum riskini və doğum tarixini müəyyən edən YENİ ÜSUL

Qan analizi ilə hamilələrin erkən doğum riski müəyyən ediləcək.

Son.az xəbər verir ki, bununla bağlı Stanford Universitetinin alimləri araşdırma aparıb.

Araşdırmaya görə, bunun üçün hamiləliyin hər həftəsində qan nümunələri əsasında ribonuklein turşusundakı dəyişiklik izlənməlidir. Bu testin nəticəsinin 80 faizə qədər özünü doğrultduğu bildirilir.

Tədqiqatda iştirak edən alimlər iddia edir ki, bu üsul təkcə erkən doğum riski deyil, ümumiyyətlə, doğum tarixinin müəyyən edilməsində ultrasəs müayinəsi nəticələri qədər doğru məlumat verir.