"Azərbaycan və Rusiya prioritet sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək"


Siyasət 11 İyn 2018 20:46:00 281 0

"Azərbaycan və Rusiya prioritet sahələrdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək"

Azərbaycan və Rusiya bütün prioritet sahələrdə, o cümlədən diplomatik, iqtisadi və mədəni sahədə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov Rusiya günü ilə bağlı keçirilən mərasimdə deyib.

"Əməkdaşlığın yüksək səviyyədə olması üçün ümidverici əsas şübhəsiz ki, ölkələrimizin prezidentləri arasında olan etibarlı münasibətlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin bugünkü gün münasibətilə Rusiya hökuməti və xalqına təbriklərini çatdırmaq mənim üçün şərəfdir".

V.Ələsgərovun sözlərinə görə, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq səviyyəsi gələcəkdə də qorunub saxlanacaq və gücləndiriləcək.