"Dostluq və tərəfdaşlıq Azərbaycan və Rusiya arasında əməkdaşlığın bütün sahələrinə əhatə edir" FOTO


Siyasət 11 İyn 2018 20:17:00 335 0

"Dostluq və tərəfdaşlıq Azərbaycan və Rusiya arasında əməkdaşlığın bütün sahələrinə əhatə edir"  FOTO

Dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya günü ilə bağlı keçirilən mərasimdə deyib.

Səfirin sözlərinə görə, hazırda bütün mühüm sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq, enerji, nəqliyyat, logistika, təhsil və digər sahələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq var.

"Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə saxlanmasında dövlət başçılarının böyük rolu var və gələcəkdə bu ənənənin davam edəcəyinə heç bir şübhəm yoxdur".

Diplomatın sözlərinə görə, hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin açılması və iqtisadi əlaqələrin genişləndirilməsi üçün işlər aparılır.