XƏBƏRDARLIQ: Bəzi çaylarda yenidən daşqın olacaq


Digərləri 11 İyn 2018 20:19:00 267 0

XƏBƏRDARLIQ: Bəzi çaylarda yenidən daşqın olacaq

Yaxın günlər ərzində proqnozlaşdırılan leysan yağışlarla əlaqədar yenidən ölkənin bəzi çaylarında daşqın olacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Yaxın günlər ərzində proqnozlaşdırılan leysan yağışlarla əlaqədar yenidən ölkənin bəzi çaylarında daşqın olacağı gözlənilir. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyevin sözlərinə görə, bu gün də daxil olmaqla, iyunun 13-dək gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli daşqınların keçəcəyi gözlənilir.