Nurmaqomedov Bakıya gələcək


İdman 11 İyn 2018 20:08:00 291 0

Nurmaqomedov Bakıya gələcək

Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov Bakıya gələcək. Goal.az xəbər verir ki, MMA döyüşçüsü İnstagram səhifəsində bu barədə məlumat verib. O, Ramazan bayramından sonra paytaxtımıza səfər edəcəyini yazıb.

Nurmaqomedov payızda titulunu qorumaq üçün Konor Makqreqorla qarşılaşacaq. İrland döyüşçü 2016-cı ilin noyabrında UFC kəmərinə sahib çıxmışdı. 2018-ci ilin payızında tituldan məhrum olunan Makqreqoru taxtdan məhz Həbib salmışdı. O, apreldə El Yakvintaya qalib gəlmişdi.