Gənc Tamaşaçılar Teatrında premyera: “Tənbəl Əhməd” ... FOTO


Kriminal 11 İyn 2018 19:52:00 346 0

Gənc Tamaşaçılar Teatrında premyera: “Tənbəl Əhməd” ...  FOTO

İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tənbəl Əhməd" adlı yeni tamaşanın premyerası keçirildi. Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan "Tənbəl Əhməd" adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq,  zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. İlk tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, xalq nağılının qəhrəmanının səhnədəki sərgüzəştləri və obrazı kiçik yaşlı məktəblilərin sevgisini qazana bilib.

Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə tərtibatı, geyim və aktyor oyunu, musiqi tərtibatı məktəblilərin nağıl dünyasına səyahətinə bələdçilik edərək tamaşa boyu obrazlarla təmasda olmalarına şərait yaratmışdır.


Xəbərə aid fotolar