Rusiya səfiri: "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur"


Siyasət 11 İyn 2018 19:34:56 265 0

Rusiya səfiri: "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur"

Səfir parlamentlərarası, humanitar və ticarət sahələrində də əlaqələrin yüksək olduğunu bildirib

"Azərbaycan ilə Rusiya arasında dostluqəlaqələri mövcuddur. Bu dostluq abu-havasına ölkə prezidentləri tərəfindən də dəstək verirlər".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirilən qəbulda deyib.

Səfir parlamentlərarası, humanitar və ticarət sahələrində də əlaqələrin yüksək olduğunu bildirib.

M.BoçarnikovAzərbaycan xalqını həmçininAzərbaycan Xalq Cümhuriyyətinin100 illiyi munasibətilə təbrik edib.