“Azəriqaz” abonentlərinin sayı 2 milyon 133 minə çatır


Digərləri 11 İyn 2018 19:49:34 269 0

“Azəriqaz” abonentlərinin sayı 2 milyon 133 minə çatır

37 513 yeni abonent qeydiyyata alınıb ki, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir.

Bakı. Bu ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 37 513 yeni abonent qeydiyyata alınıb ki, bunun da 22 838-i Bakı, Abşeron və Sumqayıt, 14 675-i isə regionlar üzrədir. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.