22 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb


Digərləri 11 İyn 2018 19:04:00 272 0

22 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda 22 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

İyunun 9-da və 10-da bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 22 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.