Millimizin üzvü Səbail-də


İdman 11 İyn 2018 18:53:00 266 0

Millimizin üzvü Səbail-də

Səbail klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, ötən mövsüm Qəbələ-də çıxış etmiş Ruslan Qurbanov karyerası ərzində Neftçi, Sumqayıt, Rusiyanın Rostov, Nika, Taqanroq və Xorvatiyanın Hayduk klublarının da formasını geyinib.