İşgəncə verilən bağçadan uşaqlar çıxarıldı,


Digərləri 11 İyn 2018 18:10:08 334 0

İşgəncə verilən bağçadan uşaqlar çıxarıldı,

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində -"Kids Studio"da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb. 

Son.az bildirir ki, "Qafqazinfo"nun əməkdaşları uşaqlara işgəncələr verilən həmin bağçaya yollanıblar. 

Yasamal rayonu, Kazımzadə: 25 ünvanında yerləşən bağçada hazırda uşaqların olmadığı məlum olub. KİV nümayəndələrinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək. 

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bildirək ki, bağçanın aylıq ödənişi 250 manatdır.

Valideynlərdən biri isə jurnalistlərə açıqlamasında bağçanın əməkdaşlarından razılıq edib. Hər hansı işgəncə faktının olmadığı deyib.


Xəbərə aid fotolar