Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq etdi FOTO


Digərləri 11 İyn 2018 18:07:00 262 0

Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq etdi  FOTO

Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib.

Son.az report-a istinadən xəbər verir ki, Mahnur Azər qızı Məhərrəmova əmisi Nofəl Ağamirzə oğlu Məhərrəmovla birlikdə 5 il əvvəl boşandığı ərinin evinə girərək oradan evin sənədlərini, bahalı spirtli içkilər, qızıl-zinət və digər qiymətli əşyaları oğurlayıblar. 

Nofəl Məhərrəmov evdə heç kimin olmadığına əmin olduqdan sonra qardaşı qızı Mahnur Məhərrəmovanın köməkliyi ilə onun keçmiş həyat yoldaşının yaşadığı evə girib. Bu zaman Mahnur Məhərrəmova keçmiş həyat yoldaşına zəng edib. Keçmiş ərinin və qaynanasının harada olduğunu öyrənib. Oğurluq əməlini yekunlaşdırana qədər qadın uşaqlarını ataları ilə danışdıraraq onun başını qatıb. 

Qeyd edək ki, Göygöl rayonunun Topalhəsənli kənd sakini, 45 yaşlı Nofəl Məhərrəmov bir neçə il bundan əvvəl həmkəndlisini qətlə yetirdiyinə görə həbs edilib və 3 ay əvvəl azadlığa buraxılıb. O, əvvəllər Rusiya Federasiyasında oğurluq etdiyinə görə 2 dəfə məhkumluq həyatı yaşayıb. 


Xəbərə aid fotolar