Azərbaycanda beynəlxalq daşımalarda istismar olunan avtobusların yarıdan çoxu tələblərə cavab verir


Digərləri 11 İyn 2018 18:08:15 249 0

Azərbaycanda beynəlxalq daşımalarda istismar olunan avtobusların yarıdan çoxu tələblərə cavab verir

Azərbaycanda beynəlxalq daşımalarda istismar olunan avtobusların yarıdan çoxu tələblərə cavab verir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda beynəlxalq daşımalarda istismar olunan avtonəqliyyat vasitələrinin yarıdan çoxu tələblərə cavab verir. Trend-in məlumatına görə, Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib. O bildirib ki, beynəlxalq yük daşımalarında iştirak edən yerli daşıyıcıların ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından istifadəsi qənaətbəxş deyil: "Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir".