Əfran İsmayılovun yeni klubu müəyyənləşdi


İdman 11 İyn 2018 17:00:00 262 0

Əfran İsmayılovun yeni klubu müəyyənləşdi

Sumqayıt Əfran İsmayılovu heyətinə cəlb edib

4 futbolçu ilə müqavilə yeniləyən Sumqayıt 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komandamız ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla 1 illik müqavilə imzalayıb. Əfran komandamızda 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov Qarabağ-dan (163 oyun, 22 qol) başqa Turan (10 oyun, 2 qol), Bakı (17 oyun, 8 qol), Xəzər Lənkəran (11 oyun, 1 qol) və İnter-in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.