Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçılardan


Digərləri 11 İyn 2018 16:40:00 243 0

Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçılardan

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərləndiyi üçün Bakıya gətirilən 4 xəstənin səhhəti normaldır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudov bildirib ki, həmin xəstələr şöbəyə yerləşdirilib və müalicə olunur: "Səhhətləri normaldır. Hələlik nəzarət altında saxlayırıq. Ola bilsin ki, sabah günün ikinci yarısında evə buraxılsınlar. Xəstələrin diaqnozuna zəhərlənmə də demək olmaz. Sadəcə özlərini pis hiss ediblər, zəhərləndiklərini düşünüblər, ona görə bura gətiriliblər. Biz də qulluqlarında dururuq, müalicə edirik".

Xatırladaq ki, iyunun 10-da axşam saatlarında Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə 24 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Saatlı rayon Mərkəzi Xəstəxanasından Trend-ə bildiriblər ki, onlardan 4-nün vəziyyəti qənaətbəxş olmadığı üçün Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə göndərilib, 20 nəfər isə rayon xəstəxanasına yerləşdirilib: