Premyer Liqa klubu Barcelona-nın futbolçusunu aldı


İdman 11 İyn 2018 16:37:00 255 0

Premyer Liqa klubu Barcelona-nın futbolçusunu aldı

İngiltərə Premyer Liqasında mübarizə aparan Watford Jerar Delofeunun transfer hüquqlarını Barcelona-dan alıb. Bunun üçün katalonlara 13 milyon avro ödənilib. Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu sözügedən klubla 5 illik müqavilə imzalayıb.

Delofeu ötən mövsümü Watford-da icarə əsasında keçirmişdi. Onun Barcelona ilə müqaviləsi 2019-cu ilin yayına kimi nəzərdə tutulmuşdu. Futbolçunun çıxışından asılı olaraq qarşı tərəfə daha 2 milyon bonuslar şəklində ödənilə bilər.