Bakıda son 15 ildən sonra ilk dəfə bu iyunda aşağı temperatur qeydə alınıb


Digərləri 11 İyn 2018 16:36:00 235 0

Bakıda son 15 ildən sonra ilk dəfə bu iyunda aşağı temperatur qeydə alınıb

Bakıda son 15 ildə ilk dəfə olaraq cari ilin iyun ayında bu ay üçün ən aşağı olan temperatur qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Bakıda son 15 ildə ilk dəfə olaraq cari ilin iyun ayında bu ay üçün ən aşağı olan temperatur qeydə alınıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib. Sektor müdirinin sözlərinə görə, son onilliklər ərzində Azərbaycan üçün sərin iyun ayı xarakterik olmayıb. U.Tağıyeva əlavə edib ki, 1990-cı ildən sonrakı müddət ərzində Bakıda iyunun ilk 11 günü ərzində ən aşağı temperatur 8.1 dərəcə temperatur olmaqla 1996-cı ildə, daha sonra isə 12 dərəcə isti olmaqla, 2003-cü ildə qeydə alınıb. Bakıda 2003-cü ildən sonra məhz bu il iyun ayında aşağı temperatur (ötən dövr üçün) müşahidə edilib. Bu il iyunda ən aşağı temperatur 15 dərəcə isti olub: