Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi təsviri sənət üzrə təlimlər təşkil edib FOTO


Digərləri 11 İyn 2018 16:27:31 385 0

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi təsviri sənət üzrə təlimlər təşkil edib  FOTO

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə Göyçay, Lerik və Qusar rayonlarında yeniyetmə və gənclər üçün təsviri sənət növləri üzrə təlimlər təşkil edilib.

Son.az xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, RİİB-ə üç rayon üzrə daxil olan müraciətlər müsabiqə əsasında seçilib və ümumilikdə 150 iştirakçı iyunun 1-dən 9-dək nəzəri və praktik təlimlərə cəlb edilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti tərəfindən aparılan təlimlərdə yeniyetmə və gənclərə rəngkarlıq, xalçaçılıq sənətlərinin incəlikləri öyrədilib. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə regionlarda istedadlı gəncləri üzə çıxarmaq, onların təsviri sənət növləri üzrə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.


Xəbərə aid fotolar